RU

Antuan Qrizmann 24 saat ərzində ABŞ a yollanacaq

ain.az, sport24.az saytına istinadən bildirir.

Antuan Qrizmannın "Orlando Siti"yə transferi başa çatıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media platformasında paylaşım edib.

Mənbənin sözlərinə görə, Amerika klubu keçidi martda başa çatdırmaq istəyib. Lakin hücumçu mövsümün sonuna qədər Madrid "Atletiko"sunda qalmaq və komandaya kömək etmək istədiyini bildirib. 

Qrizmann yeni klubu ilə ikiillik müqavilə imzalayıb və sözləşmə bu ilin yayında qüvvəyə minəcək. Futbolçunun lazımi proseduru yekunlaşdırmaq üçün növbəti 24 saat ərzində ABŞ-a yollanacağı gözlənilir.

Qeyd olunur ki, Madrid klubu ilə müqaviləsinin müddəti bitdikdən sonra o, komandadan azad agent kimi ayrılacaq və daha sonra "Orlando Siti"yə qoşulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
66
sport24.az

1Источники