RU

Azərbaycan şüşə istehsalını 5 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 milyon 615 min kvadratmetr tikinti şüşəsi istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Bu il martın 1-nə ölkədə 2 milyon 126 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 9 milyon 851 min kvadratmetr tikinti şüşəsi istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,3 % çoxdur.

"Cebheinfo.az"

Избранный
69
2
cebheinfo.az

3Источники