Naxçıvanda meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum olub.
Far.Az report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində su qızdırıcıdan dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:54
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.