Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak üçün Xorvatiyaya səfər edəcək.
Bu barədə Newscenter.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Xorvatiyanın Zaqreb şəhərinə səfər martın 24-dən 26-dək davam edəcək.
Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq" mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq.
Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.
Süleyman