RU

Regionun işığını söndürəcəyik! SEPAH dan HƏDƏ

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran İnqilab Keşikçiləri elektrik stansiyalarının hədəfə alınacağı təqdirdə qisas tədbirləri görəcəklərini açıqlayıb.

Redaktor.az "LeMonde.fr" istinadən xəbər verir ki, İnqilab Keşikçiləri bazar ertəsi səhər yaydığı bəyanatda xəbərdarlıq edib: "İran elektrik stansiyalarına hücumlar baş verərsə, İsrail elektrik stansiyalarını, eləcə də regiondakı ölkələrdəki Amerika bazalarını elektrik enerjisi ilə təmin edənləri hədəf alaraq cavab tədbirləri görəcək".

Qeyd edək ki, şənbə günü ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, əgər Tehran Hörmüz boğazını 48 saat ərzində tam açmasa , İran elektrik stansiyaları hədəfə alınacaq . İnqilab Keşikçiləri isə  bəyan edib: " Biz istənilən təhdidə bərabər dərəcədə çəkindirici güclə cavab verməyə qərarlıyıq.Əgər siz elektrik enerjisinə toxunsanız, biz də elektrik enerjisinə toxunacağıq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
1
redaktor.az

2Источники