RU

Azərbaycanda şəkər istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər, qənd istehsal olunub.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,5% çoxdur.

Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 18,9 min ton təşkil edib. Bundan əlavə, dövr ərzində 1 milyon 549 min ton həcmində şəkərli qənnadı məmulatlar istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 14,1 faiz çoxdur. Onu da bildirək ki, cari ilin ilk iki ayında Azərbaycandan xarici bazarlara 13 milyon 983 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu, illik müqayisədə 4,1 dəfə çoxdur. İdxalın dəyəri isə 32 milyon 998 min ABŞ dolları həcmində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətdə 15,3 faiz azdır.

Избранный
45
4
ikisahil.az

5Источники