RU

Milli Məclisin sədr müavini sabah Xorvatiyaya yola düşür

Milli Məclisin sədr müavini Rafael Hüseynov Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak üçün Xorvatiyaya səfər edəcək. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, Xorvatiyanın Zaqreb şəhərinə səfər martın 24-dən 26-dək davam edəcək.

Xorvatiya Parlamentinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Üç Dəniz Təşəbbüsünün irəli aparılması: gələcəyə baxış, məsuliyyət, tərəfdaşlıq" mövzusunda müzakirələr aparılacaq, dünyada artan geosiyasi qeyri-müəyyənliklər fonunda parlamentlərin rolu diqqətə çatdırılacaq. Rafael Hüseynovun toplantıda çıxışı nəzərdə tutulur.

Mətləb

Избранный
76
2
sia.az

6Источники