RU

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb SƏBƏB?

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycandan Türkiyəyə kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 145 milyon 736 min ABŞ dolları təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü illə müqayisədə 4 % azdır.

Hesabat dövründə Azərbaycandan Türkiyəyə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 28,8 %-dən 28,9 %-ə qalxıb. İl ərzində Türkiyədən Azərbaycana isə fiziki şəxslər 193 milyon 158 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 9,8 % çoxdur.

Hesabat dövründə Türkiyədən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 16,2 %-dən 16,4 %-ə qalxıb.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
4
sia.az

10Источники