RU

Bu ölkədə uşaq qidası ilə bağlı reklamın qadağan edilməsi təklif olunur

ain.az, Olke.az portalına istinadən məlumat verir.

Qırğızıstan parlamenti uşaqlar üçün süni qidalarla bağlı reklam qaydalarının sərtləşdirilməsi haqqında qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

"Ölkə.az" xəbər verir ki, "Joqorku Keneş (parlament) "Reklam haqqında" qanuna dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Sənədin təşəbbüskarı qismində deputat Toktobubu Aşımbayeva çıxış edib. Qanun layihəsinin məqsədi səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və uşaqlar üçün süni qidaların reklamının tənzimlənməsinin sərtləşdirilməsidir", - məlumatda bildirilib.

Əsaslandırmaya görə, təşəbbüs azyaşlı uşaqlar arasında qidalanma problemlərinin artması ilə əlaqədardır: Qırğızıstanda qida çatışmazlığı, boy artımında geriləmə və uzunmüddətli perspektivdə sağlamlığa təsir edən digər pozuntu halları qeydə alınır. Səbəblərdən biri kimi ana südü əvəzedicilərinin fəal şəkildə təşviqi göstərilir ki, bu da uşaqların ana südü ilə qidalandırılması təcrübəsini sarsıdır.

T.Aşımbayeva qeyd edib ki, bu cür tədbirlər ana südü ilə qidalandırmadan imtinanın qarşısını almağa yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
58
3
olke.az

4Источники