RU

Modriç “Qızıl top”unu bu muzeyə bağışladı

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç 2018-ci il qazandığı “Qızıl top”u klubun “Mondo Milan” muzeyinə bağışlayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əfsanəvi xorvatiyalı yarımmüdafiəçi bu kuboku 2018-ci ildə “Real Madrid”də oynayarkən qazanmışdı. Həmin mövsüm o, Çempionlar Liqasının qalibi olmuş, və həmçinin milli komanda ilə 2018-ci il Dünya Kubokunun finalına çıxmışdı.

Modriç Lionel Messi və Kriştiano Ronaldonun 2007-ci ildən bəri davam edən qələbə seriyasına son qoymuşdu. O, həmçinin 2018-ci ildə UEFA və FIFA tərəfindən ilin oyunçusu seçilib.

Избранный
101
4
publika.az

5Источники