Babək rayonunda iki nəfərin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə APA-nın yerli bürosuna Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
***
01:06
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Babək rayon Prokurorluğunda araşdırma aparılır.