RU

Bodrumda yanan 100 milyonluq yaxtalar KİMİNDİR?

Bodrumdakı məşhur Yalıkevak limanında baş verən yanğın təxminən 100 milyon dollar ziyana səbəb olub. 

“Cebheinfo.az” xəbər verir ki, yeddi lüks yaxta məhv olub, digəri isə qismən zədələnib.

Yanğın 22 mart səhər tezdən limanda lövbər salmış motorlu yaxtada baş verib və güclü külək səbəbindən qonşu gəmilərə yayılıb. Təcili yardım xidmətləri həm qurudan, həm də sudan çalışaraq Aralıq dənizinin ən nüfuzlu yaxta turu məkanlarından birində yanğını söndürməyə çalışıblar.

İlkin hesablamalara görə, uzunluğu 20-24 metr arasında dəyişən yeddi motorlu yaxta tamamilə məhv olub və batıb, bir yaxta isə qismən zədələnib. Yanan gəmilərin ümumi dəyəri 100 milyon dolları keçib.

Yanğının mexaniki nasazlıq, insan səhvi və ya digər amillərdən qaynaqlandığı hələ müəyyən edilməyib. Zədələnmiş yaxtaların sahiblərinə xüsusi diqqət yetirilir. Yalıkevak limanı yüksək səviyyəli yaxtaları ilə tanınır və onların bir çoxu özəl sahiblər deyil, dəniz şirkətləri adına qeydiyyatdan keçib.

"Iceberg" adlı tədqiqatçı yaxta əvvəllər rusiyalı bir iş adamına məxsus idi, " Dad’s Toy" isə lüks simvolu hesab olunurdu. Onun Britaniya və ya Amerika milyarderi ilə əlaqələsi olduğu deyilirdi. 

Başqa bir yaxta, "Lulu d'Angel" isə Yaxın Şərqdən olan bir ailəyə məxsusdur və nadir hallarda istifadəsi və yüksək səviyyədə məxfiliyi ilə tanınır.

Избранный
34
1
cebheinfo.az

2Источники