RU

Moskvanın mərkəzində güclü yanğın: Ölənlər var

Moskvanın mərkəzində güclü yanğın olub.

Milli.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, hazırda yanğın söndürülüb:

"Yanğın Nikoloyamskaya küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri beşi uşaq olmaqla 19 nəfəri xilas edib. Yanğınsöndürmə işlərinə 86 nəfər işçi heyət və 23 texnika cəlb olunub".

Milli.Az

Избранный
78
9
milli.az

10Источники