RU

Şahin Diniyev: “Mahir Emreli və Nəriman Axundzadəyə ehtiyac olmayacaq”

“Bu, sadəcə bir yoldaşlıq oyunudur və rəqib dişimizə görə biridir. Millimizə dəvət olunan futbolçuların fiziki durumu tam ürəkaçan deyil”.

Bu sözləri millinin sabiq məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığmasının “FIFA Series - 2026” beynəlxalq turnirindəki şanslarını dəyərləndirib

“Bir çox oyunçu komandalarında 90 dəqiqə, bəziləri isə ümumiyyətlə, oynamır. Oyun praktikası olmayan çoxdur deyə bizə problem yarana bilər. Rəqiblərimiz çox zəifdir. Onlarla qarşılaşmada Nəriman Axundzadə və Mahir Emrelinin yığmaya qoşulması düzgün deyil. O mənada ki, hər iki futbolçu öz klubunda qalıb, möhkəmlənməlidir. Bu, ağıllı addımdır. Futbolçulara imkan yaratmalıyıq. Dünya və Avropa çempionatının seçmə mərhələsi matçları deyil ki… Yoldaşlıq oyunudur, dediyim kimi, rəqiblər çox zəifdir. Mahir və Nərimana ehtiyac olmayacaq”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra- Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

İdman.Biz
Избранный
64
1
idman.biz

2Источники