RU

Trampın İranla bağlı açıqlaması neft qiymətlərini kəskin ucuzlaşdırdı

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın İranın enerji obyektlərinə zərbələrin təxirə salınması ilə bağlı açıqlaması dünya bazarlarında neft qiymətlərinin kəskin enməsinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, brent markalı neftin qiyməti bir barel üçün 96,84 dollara qədər düşüb. Kəskin enişdən sonra qiymətlər bir qədər bərpa olunsa da, açıqlamadan əvvəl bu göstərici 112,9 dollar səviyyəsində idi.

Ümumilikdə, Trampın bəyanatından dərhal sonra qlobal neft qiymətləri 9–10 faiz azalaraq təxminən 90 dollar səviyyəsinə enib.

Avropada qazın birja qiymətləri də 7 faiz azalaraq min kubmetr üçün 660 dollara düşüb. Eyni zamanda, qaz fyuçersləri əksinə olaraq artım nümayiş etdirməyə başlayıb.

Mignews-un məlumatına görə, ABŞ prezidenti İranla danışıqların aparıldığını elan edib. Donald Tramp bildirib ki, o, Müdafiə Nazirliyinə İranın enerji obyektlərinə zərbələri beş gün müddətinə təxirə salmaq barədə göstəriş verib.

Bizimyol.info Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
bizimyol.info

1Источники