RU

Ağdaşda AİLƏ FACİƏSİ: Oğul anasını qaçmaq istəyərkən qətlə yetirib? - VİDEO

Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

 

Bu barədə bizim.media-ya mərhumun oğlu Mehman Əbilov məlumat verib.

 

O, bildirib ki, hadisədən səhər saatlarında xəbər tutub:

 

"Səhər mənə zəng gəldi ki dur özünü tez bura çatdır. Durub getdik, gördük ki, anamın meyiti yolun ortasında qalıb.

 

Qardaşım içkili anlaqsız vəziyyətdə olub. Necə olubsa, bilmirəm, anamı öldürüb. Əvvəllər hər içəndə söz söhbət edən idi, indi bilmirik necə olub. Evdə ana-bala ikisi olub. Hələ də şokdayıq...

 

Qardaşım həyat yoldaşını Ağdaşa anasıgilə aparıb qoyub və gəlib. Axşam da evdə olub. Anam da bacısıgilə gedib, sonra evə gəlib. Gecə də bu hadisə baş verib. Anam onun əlindən qaçmaq istəyib, lakin qardaşım anamı küçədə vurub öldürüb. Qardaşım evlidir, üç uşağı var. Evin sonbeşiyi idi anam da onunla yaşayırdı", - deyə M.Əbilov bildirib.

 

Tarix: 23 Mart 2026, 16:59   
Избранный
23
2
pravda.az

10Источники