RU

Markos Lorente: Üzərimə qatar kimi gəldi

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Atletiko"nun yarımmüdafiəçisi Markos Lorente Madrid derbisində "Real"ın futbolçusu Dani Karvahal ilə yaşadığı mübahisəli epizodla bağlı açıqlama verib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.İspan futbolçu bildirib ki, hadisə anında nə baş verdiyini tam anlamayıb:"Zərbə vurduqdan sonra birdən üzərimə sanki qatar gəldi. Kimin olduğunu belə bilmirdim".Lorente VAR sisteminin hakimin qərarına müdaxilə etməməsini də tənqid edib. Onun sözlərinə görə, belə hallarda VAR köməkçi rol oynamalıdır:"Epizodlar çox sürətli baş verir. VAR bu kimi hadisələrə dəstək verməlidir."Qeyd edək ki, dünən keçirilən oyunda "Atletiko" 2:3 hesabı ilə "Real"a məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
76
sport24.az

1Источники