RU

Azərbaycan taekvondoçuları “Belgian Open”də 6 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Belçikanın Lommel şəhərində martın 21-22-də taekvondo üzrə“Belgian Open” beynəlxalq turniri keçirilib.

Trend xəbər verirki, yarışın ilk günündə gənc idmançılar mübarizəyə qoşulub vəAzərbaycan komandası 1 qızıl, 4 bürünc medal qazanıb.

49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütünrəqiblərini məğlub edərək qızıl medala sahib olub. Rasim Xəlilov(45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) vəAllahverdi Məmmədov (+78 kq) isə turniri bürünc medalla başavurublar.

Martın 22-də böyüklər arasında keçirilən yarışda “Paris-2024”Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov (63 kq)da bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli referi AygülAbdullayeva Azərbaycandan hakim kimi iştirak edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
62
6
az.trend.az

10Источники