"Mançester Yunayted"in qapıçısı Tom Heaton karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Napoli" ingiltərəli qolkiperin xidmətində maraqlıdır. Bu barədə "Calcio Napoli" məlumat yayıb.
Neapol təmsilçisi yaxın günlərdə yayda azad agent statusunda olacaq 39 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Tom Heaton 2021-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. İngiltərə millisinin sabiq üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi