RU

Göyərtəsində 100-dən çox hərbçi olan hərbi təyyarə qəzaya uğradı - VİDEO

Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules C-130” tipli təyyarə ölkənin cənubunda, Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya düşüb.

“Caracol” radiostansiyasının məlumatına görə, göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarənin qəzaya uğraması ölkənin müdafiə naziri Pedro Sançes tərəfindən də təsdiqlənib. Nazir “X” sosial şəbəkəsində paylaşımında hadisəni təsdiqləyərək, bunun böyük itki olduğunu vurğulayıb.

Qəza nəticəsində 110-dan çox şəxsin olduğu təyyarədən 57-yə yaxın hərbçi xilas edilib. Bundan əvvəl yerli hakimiyyət nümayəndəsi Karlos Arbey Klaros “Caracol” telekanalına açıqlamasında 30-a yaxın yaralının xəstəxanalara çatdırıldığını qeyd etmişdi.

Hazırda həlak olanların sayı ilə bağlı dəqiq məlumat verilməyib. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Musavat.com

Избранный
84
musavat.com

1Источники