Bakı və Abşeronda pilotsuz uçuş aparatlarının (PUA) təlim-məşq uçuşları keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Qeyd olunub ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus PUA-ların Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları keçiriləcək: "Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".