RU

SON DƏQİQƏ: Bu ölkədə güclü zəlzələ oldu

Tonqa adalarında güclü zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, Tonqa yaxınlığında Sakit okeanda baş verən zəlzələnin gücü 7,6 bal olaraq qeydə alınıb. Məlumatı Associated Press və digər beynəlxalq media qurumları yayıb.

ABŞ Geoloji Xidməti (USGS) bildirir ki, zəlzələ yerin təxminən 237 km dərinliyində baş verib və episentri Tonqanın ikinci böyük şəhəri olan Neiafudan təxminən 150 km qərbdə yerləşib.

İlkin məlumatlara görə, zəlzələ güclü hiss olunsa da, sunami təhlükəsi elan edilməyib. Dağıntı və tələfat barədə hələlik rəsmi məlumat yoxdur.

Bununla belə, yerli hakimiyyət orqanları ehtiyat tədbiri olaraq sahilboyu ərazilərdə yaşayan əhaliyə daha yüksək yerlərə çəkilməyi tövsiyə edib.

Hadisə zamanı paytaxt Nukualofada bəzi binalarda güclü titrəyiş hiss edilsə də, ciddi ziyan qeydə alınmayıb.


Telegram kanalımız
Избранный
45
1
yenisabah.az

2Источники