"Səhiyyənin Təminat Mərkəzi" PHŞ (VÖEN – 1008078521) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Respublika Qan Bankında müayinələr üçün lazım olan materialların (Abbott Alinity S və Abbott Architect cihazları üçün reaktiv, reagent və s.) satın alınmasıdır. Ehtimal olunan qiymət 2 436 467 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 27 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Rəcəbli Nəsimi - Satınalma üzrə mütəxəssis
[email protected]
+994 50 253 53 49
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 27 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, AZ 1022 akad. M.Mirqasımov küç. 1A ünvanına təqdim edə bilərlər.