RU

Latviya səfirliyində qiymətləndirmə sektorundakı islahatlar və iqtisadi əlaqələr müzakirə edilib




Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə AQC sədrinin birinci müavini Fərid Rüstəmov və sədrin müşaviri İradə Şükürova iştirak ediblər. Səmimi atmosferdə keçən qəbul zamanı AQC rəhbərliyi tərəfindən səfirə qurumun ölkəmizdə qiymətləndirmə sektorunun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atdığı strateji addımlar barədə geniş məlumat verilib.

Müzakirələrin əsas mövzularından birini Azərbaycan və Latviya arasındakı tarixi bağlar, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri təşkil edib. Görüşdə xüsusilə Azərbaycanın daşınmaz əmlak bazarındakı dinamik artım tempinə, bu sahədə tətbiq edilən institusional islahatlara və şəffaflığın artırılmasına yönəlmiş dövlət siyasətinə toxunulub.

Vüqar Oruc qeyd edib ki, bu cür görüşlər Azərbaycan qiymətləndirmə bazarının Avropa təcrübəsindən bəhrələnməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfir Edqars Skuya da öz növbəsində iqtisadiyyatın tərkib hissəsi olan qiymətləndirmə fəaliyyətinin inkişafının investisiya mühiti üçün vacibliyini vurğulayaraq, müzakirə olunan məsələlərin aktuallığını yüksək qiymətləndirib.

Süleyman
Избранный
30
6
newscenter.az

7Источники