17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.
"Xristo Botev" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, ayın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.
AÇ-2026
Seçmə mərhələ, 2-ci raund
24 mart
17:00. Bolqarıstan (U-17) - Azərbaycan (U-17)
Hakimlər: Mateo Tozan, Yure Yamnik (hər ikisi Sloveniya), Darko Vidiniç, Stoyanço Trçevski (hər ikisi Makedoniya).
Plovdiv. "Xristo Botev" stadionu.