RU

Rusiya mediası Bakını İranın hədəfinə çıxardı - qabaqlayıcı zərbələr təhdidi

İddia olunur ki, həm Tramp, həm də Netanyahu Azərbaycan rəhbərliyinin  onların koalisiyasını qarşısında müəyyən öhdəlikləri olduğuna inanaraq, quru qoşunları üçün İrana çıxış tələb edə bilərlər

“Fasiləsiz bombardmanların başlamasından üç həftə sonra Benyamin Netanyahu və Donald Tramp "İran məsələsi"ni nəhayət həll etmək üçün quru əməliyyatının zəruri olacağını bəyan etdi”.

News365.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Svobodnaya Press”a (SP) nəşri yazıb.

Nəşr yazır ki, NATO ölkələrindən olan təqaüdçü polkovniklər və generallar yekdilliklə deyirlər ki, İrana desant çıxarılması ağır qan tökülməsinə səbəb olacaq. “SP” iddia edir ki, İrana qoşun çıxarmağın iki variantı var. Hər ikisi quruda yerləşir və hər ikisi İranın şimalındadır: “Bunlar Türkiyə və Azərbaycan marşrutlarıdır. Birinci ssenari Türkiyə vasitəsilə İran Kürdüstanına qoşun yeritməyi əhatə edir”.

Keçmiş ABŞ ordusu zabiti Stanislav Krapivnikin nəşrə açıqlamasında deyib ki, bu marşrutla xeyli sayda qoşun İrana keçə bilər.

Picture background

“Lakin türklər bu seçimdən açıq şəkildə narahat olacaqlar, çünki İran kürdləri öz "xidmətləri" müqabilində müstəqillik tələb edə bilərlər ki, bu da öz kürdləri ilə çoxlu problemləri olan Ankara üçün "qırmızı xətt"dir. İkinci problem həm də uzun logistikadır” deyə, o bildirib.

Krapivnikin nəşrə dediyinə görə, ən ağlabatan olan başqa bir yol Azərbaycandan keçir: “Amerikalılar Azərbaycanda tez bir zamanda hava limanları yarada, qüvvələrini artıra və fasiləsiz təchizat təmin edə bilərlər. 690 km uzanan İran-Azərbaycan sərhədi 44 kilometrlik Ermənistan “pazı” (söhbət Zəngəzur dəhlizindən gedir-red) ilə ayrılmış iki hissədən ibarətdir”. Ekspert Azərbaycanı hədəfə alaraq bunları iddia edib:

“Azərbaycan (həm də Ermənistan) hazırda praktik olaraq ABŞ-dən asılıdır. 2026-cı ilin fevral ayında ABŞ vitse-prezidenti J.D. Vensin Bakıya səfəri zamanı hərbi-texniki əməkdaşlığa yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu xartiyaya əsasən, Xəzər dənizinin ərazi sularını qorumaq üçün patrul gəmiləri artıq gətirilib. Bakının Vaşinqtonla strateji tərəfdaşlığı iki ölkənin ikitərəfli münasibətlərində nisbətən yeni bir mövzu olsa da, İlham Əliyevin Təl-Əvivlə uzun müddətdir ki, güclü əlaqələri var. İsrail Azərbaycanı silah və texnologiya ilə təmin edir və bunun müqabilində neft alır. Bu “qara qızıl” Ceyhandakı Türkiyə terminalından İsrailin Aşkelon limanına çatır. Əslində, İsrailin ümumi neft idxalının 45%-i Xəzər sahillərindən gəlir. Üstəlik, bir il əvvəl Azərbaycan Dövlət Neft Şirkəti İsrailin ərazi sularında qaz kəşfiyyatı üçün lisenziya almış və Tamal yatağında pay əldə etmişdi”.


Picture background

İddia olunur ki, həm Tramp, həm də Netanyahu Bakının onların koalisiyasını qarşısında müəyyən öhdəlikləri olduğuna inanaraq, Prezident Əliyevə təzyiq göstərə bilərlər. Ekspert irəli gedərək hətta İranın mümkün reaksiyasını da təsvir edib:

“İşğalın “Azərbaycan variantı”nın mənfi tərəfi odur ki, İran da boş oturmayacaq. Çox güman ki, qabaqlayıcı zərbələr endirəcək. Bu o deməkdir ki, Azərbaycan müharibəyə cəlb olunacaq və ölkə iqtisadiyyatının onurğa sütunu olan neft yataqlarını təhlükəyə atacaq. Lakin qoşunlar uğurla yerləşdirilsə belə, müxtəlif hesablamalara görə, 17 ilə 25 milyon arasında olan (ölkənin farslardan sonra ikinci ən böyük etnik qrupu) iranlılar(azərbaycanlılar nəzərdə tutulur-red) ABŞ qüvvələrini gül-çiçəklə qarşılamaları ehtimalı azdır. İranın şimal-qərbində demək olar ki, separatçı əhval-ruhiyyə yoxdur, yerli azərbaycanlılar üçün amerikalılar sadəcə işğalçı olacaqlar. Buna baxmayaraq, həm İsrail, həm də ABŞ, ehtimal ki, Bakını öz tərəflərinə çəkmək və onu İrana qarşı daha aktiv hərəkətə keçməyə məcbur etmək imkanlarını araşdırırlar”.

Nəşr İranla müharibənin lap əvvəlində, 5 martda, Azərbaycanın muxtar bölgəsi olan Naxçıvana iki dron hücumunu yada salıb. “Tehran hadisə ilə əlaqəsini dərhal təkzib edib, lakin Azərbaycan Prezidenti İlham Əliyev ordunun tam hazırlıq vəziyyətində olduğunu açıqlayıb. Tramp NATO-nu İranla müharibəyə hələ sürükləyə bilməyib.

ABŞ-nin Fars körfəzindəki müttəfiqləri - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklər, Oman və Qətər də amerikalılar adından müdaxilə etmək istəmirlər. Bu vəziyyətdə dəstək üçün Azərbaycana müraciət etməyin vaxtıdır”.

Rusiya nəşri İranla uzun quru sərhədi (təxminən 1150 km) olan Türkmənistanın da ABŞ-ın ordu üçün başqa bir seçimi ola biləcəyini yazır: “Lakin Aşqabadın Vaşinqtona çox az borcu var, baxmayaraq ki, müharibədən iki həftə əvvəl ora iki ABŞ nəqliyyat təyyarəsi enmişdi. Təyyarədə nə və ya kim olduğu hələ də bəlli deyil”.

Picture background

Qısa rəy: Qeyd edək ki, Rusiya mediası tez-tez regiondakı gərginlikdən istifadə edərək Azərbaycanın adının hallandıraraq, bu cür “ssenari yazmaqla” məşğul olur. Azərbaycanı regiondakı müharibə planlarının mərkəzinə çəkmək isə ictimai rəydə narahatlıq yaradır. Yəni bəllidir ki, bu yazıda iddia olunanlar fakt yox, qərəzli ehtimallardır. Belə materiallar Tehrana mesaj xarakteri daşıya bilər: guya Bakı ABŞ-İsrail planlarında iştirak edə bilər. Bu da iki ölkə arasında inamsızlıq yaratmaq və münasibətləri gərginləşdirmək cəhdidir.

Məqalədə ABŞ və İsraillə əlaqələrin qabardılması təsadüfi deyil. Məqsəd Azərbaycanın müstəqil siyasətini “kənardan idarə olunan” kimi göstərmək və daxili auditoriyada şübhə yaratmaqdır. Bu cür iddiaların geniş auditoriya üçün tirajlanması daha çox informasiya-psixoloji əməliyyat elementidir, real hərbi planın ifşası yox...

Избранный
21
1
news365.az

10Источники