RU

Məşhur prodüser intihar etdi - müğənnilər “atəşin bol olsun” dedilər

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur prodüseri Erol Köse ötən gün faciəli şəkildə dünyasını dəyişib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, prodüser yaşadığı binanın 16-cı mərtəbəsindən yıxılaraq ölüb.

Daha sonra yayılan məlumatlara görə, Erol Köse intihar edib və evindən intiharı ilə bağlı məktub tapılıb. Məktubunda heç kimi günahlandırmadığı, pişiyinə yaxşı baxılmasını istədiyi qeyd olunub.

Diqqət çəkən məqam isə prodüserin ölüm xəbəri yayılar-yayılmaz bir çox məşhur sənətçilərin onun arxasınca ağır sözlər işlətməsi olub.

image_1774339792808.jpg

Belə ki, müğənni Atilla Taş qeyd edib:

"Ardımdan bir ton böhtan atdın. Milyonlarla lirəmi oğurladın. Əlindəki müqavilə ilə məni illərlə işləməyə qoymadın! Məni işimdən, çörəyimdən etdin - həm də sənə ata kimi güvənən birini! Seda Sayan haqqında "porno ulduzu" kimi yaraşdırmalar etdin! Çörəyini yediyin insanların quyusunu qazdın! Yüzlərlə sənətçiyə atdığın böhtanları demirəm hələ! Təzyiq göstərdiyin qadın sənətçilər isə ayrı bir hekayədir! Həmişə susdum, uddum! Haqqımı halal etmirəm, atəşin bol olsun, Erol Köse".

image_1774339873599.jpg

Müğənni Erkan Çelik də haqqını halal etmədiyini deyib:

"Zamanında mənə atdığın iftiralar, haqqımda yayılan yalan və səhv xəbərlər, üç qəpik üçün insanlara məni fərqli göstərmə cəhdlərin… Nə qədər bacarmasan da, əməyimlə, şəxsiyyətimlə oynamaq strategiyaların, bir televiziya kanalında qarşına çıxdığımda üstünə yapışmağın, geri çəkilmələrin və hər tərəfə qaçışların… Qısaca, məkan cənnət olsun, yoxsa cəhənnəm, bilmirəm, amma haqqımı halal etməyəcəyəm!"

SAYAN.png

Xatırladaq ki, bir müddət öncə müğənni Seda Sayan da prodüser barəsində ağır ifadələr işlədərək demişdi:

"Bu qədər pisliklərinlə sən get, intihar et!"

Xalidə Gəray
Musavat.com

Избранный
14
3
musavat.com

8Источники