RU

Qazaxıstan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfə artırıb

2025-ci ildə Qazaxıstanın Azərbaycana birbaşa investisiyalarının həcmi 29,407 milyon ABŞ dolları təşkil edib.

Olaylar.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 14,6 milyon dollar və ya 2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstandan reallaşan investisiyaların payı 0,4% təşkil edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Qazaxıstan iqtisadiyyatına 8,135 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 1,5 milyon dollar və ya 15,6% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Qazaxıstana yatırılan investisiyaların xüsusi çəkisi 0,3% təşkil edib.

2024-cü il ərzində Qazaxıstandan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 14,8 milyon dollar, əks istiqamətdə isə 9,6 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
24
olaylar.az

10Источники