RU

Ağstafada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
 
Sitat.info APA-nın yerli bürosununa istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Избранный
13
9
sitat.info

10Источники