RU

Neft qiymətinin artmasının riskləri barədə ŞOK AÇIQLAMALAR - Azərbaycan da...

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli İran müharibəsi fonunda neft qiymətlərindəki kəskin artımlar, mövcud situasiyanın qlobal dünya, o cümlədən Azərbaycan üçün faydalı və riskli tərəfləri barədə Musavat.com-un suallarını cavablandırıb.

Kifayət qədər SENSASİON məqamların əksini tapdığı müsahibəni təqdim edirik:

- Əli bəy, neft qiymətindəki dəyişikliklər Azərbaycan büdcəsinə nə vəd edir?

- Məlum olduğu kimi, Azərbaycanın 2026-cı ilin dövlət büdcəsində baza ssenarisi üzrə neftin bir barelinin qiyməti 65 dollardan götürülüb. İran müharibəsinə qədər dünya bazarında neftin qiyməti elə həmin səviyyənin ətrafında, bir qədər aşağı düşmə, bir qədər yuxarı qalxma şəraitində hərəkət edirdi və proqnozlaşdırıla biləcək dərəcədə idi. Həmin proqnozlara görə, əgər hadisə və proseslər bu cür davam etsə, neftin qiymətinin 150–200 dollara qədər qalxacağı da bildirilir. Amma indi neftin qiyməti elə bir vəziyyətdədir ki, onun dəqiq, yaxud da dəqiqliyə yaxın səviyyədə proqnozunu vermək çox çətindir. Çünki diqqət etdikdə görürük ki, neftin qiyməti bir gün çox yüksək səviyyəyə qalxır, növbəti günlərdə isə aşağı düşməyə başlayır. Amma proqnozlarda bir həqiqət payı var ki, neftin qiymətinin sürətlə artması və uzun müddət yüksək səviyyədə qalması dünya iqtisadiyyatına çox böyük zərbə vuracaq. Onun müddətindən asılı olaraq, hətta dünya iqtisadiyyatı resessiyaya da yuvarlana bilər ki, bu əsasda dünya ölkələrinin əksəriyyəti, bir qədər aşağı, bir qədər yuxarı olmaqla, böyük itkilərə məruz qalacaq, yaxud da onların iqtisadiyyatına xeyli dərəcədə mənfi təsirlər ortaya çıxacaq.

MESİM.jpg

- Müharibə başladıqdan sonra Azərbaycanın artan neft gəlirləri barədə nə demək olar? 

- Neft hasil edən ölkələrdən biri kimi, təbii olaraq neftin qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına, ümumiyyətlə, ölkəyə proqnozlaşdırıldığından əlavə gəlirlər gətirir. Əgər bunu gündəlik kəsimdə qeyd etsək, bu, milyon dollarlarla ölçülür. Amma neft elə bir amildir ki, onun qiymətinin gündəlik səviyyəsi ilə mülahizə yürütmək çox çətindir. Ən azından neftin qiymətinin büdcədə nəzərdə tutulan səviyyə ilə müqayisədə orta aylıq və orta aylıq göstəricilərdən çıxış etdikdə məlum olacaq ki, indiki zaman kəsiyində neftin qiymətinin yüksəlməsi Azərbaycana, onun büdcəsinə, yaxud da ümumiyyətlə, ölkəyə nə qədər əlavə gəlir gətirir.

r9p8Zz9lTrWxM9SX97SIPoplNVlm8CO74g6dkJ6O_1200.jpg

- Neftin qiymətinin artması ilə paralel şəkildə risklərdən də danışılır. Bu fikirlər barədə nə demək olar?

- Bu kontekstdə iki məqamı xüsusi qeyd etmək lazımdır. Çünki neftin qiymətinin artması Azərbaycan üçün məsələnin bir tərəfidir. İkinci tərəfdən isə praktika göstərir ki, neftin qiyməti qalxdıqdan sonra heç də uzun müddət o cür pik səviyyələrdə qalmır, sonra isə aşağı düşməkdə davam edir. Bu kontekstdə qeyd etmək istərdim: təbii ki, neftin qiymətinin artması ilə Azərbaycan əlavə gəlir əldə edəcək və bu əlavə gəlir neftin qiyməti neçə gün yüksək olsa, onların sayına uyğun surətdə də artacaq. Amma bu, məsələnin yalnız bir tərəfidir. Ona görə ki, biz nefti yüksək qiymətlə satdığımız kimi, istehlak etdiyimiz məhsulların əksəriyyətini də xaricdən aldığımıza görə neftin qiymətinin qalxması o zəncirin bütün həlqələrinə təsir göstərməklə əksər məhsulların maya dəyərinə və logistika xərclərinə təsir edir, dünya bazarında digər məhsulların da qiymətinin artmasına səbəb olur və bu artıq görünməyə başlayır. Bir tərəfdən neftin qiymətinin qalxması Azərbaycana əlavə gəlirlər gətirir, digər tərəfdən isə biz aldığımız məhsulların xeyli hissəsini əvvəlki qiymətlərdən daha yüksək qiymətə almağa başlamışıq və bu yüksək qiymətlər hələ də davam edəcək. Bunun bir nüansı da ondan ibarətdir ki, neftin qiyməti müəyyən zaman kəsiyindən sonra aşağı düşəcək.

- Nə vaxt?

- Yəni İran müharibəsi, xüsusən də Hörmüz boğazındakı böhranın səngimə dərəcəsindən asılı olaraq neftin qiyməti aşağı düşməyə başlayacaq və bu proses mütləq baş verməlidir. Amma məsələ ondan ibarətdir ki, neftin qiymətinin artması nəticəsində dünya bazarında digər məhsulların da qiymətlərinin qalxması hesabına biz həmin məhsulları əvvəlki qiymətə yox, daha yüksək qiymətə almağa başladığımız prosesdə enmələr olmayacaq, həmin yüksək qiymətlər davam edəcək. Bu nöqteyi-nəzərdən neftin qiymətinin artması Azərbaycana ikili təsir göstərir. Yəni neftin qiymətinin qalxması gəlirlərimizi artırır, amma eyni zamanda dünya bazarında digər məhsulların qiymətlərinə də təsir göstərdiyinə görə, biz də xaricdən daha çox mal aldığımız üçün, istehlak etdiyimiz malların çoxu idxal məhsulu olduğuna görə və həmin malların qiymətinin qalxması ilə idxal inflyasiyası yüksələcək, hər bir məhsul vahidinə əvvəlkindən daha çox vəsait sərf etməli olacağıq.

image_1774346474504.jpg

- Əli bəy, necə bilirsiniz, neft nə vaxta kimi təzyiq elementinə çevriləcək?

- Artıq bir neçə əsr boyunca həyatın sübut etdiyi bir məsələ var: neft sadəcə iqtisadiyyat deyil, həm də siyasətdir. Ondan da daha böyük hərflərlə yazılmış geosiyasətdir. Bu günlərdə İran ətrafında gedən proseslər, o cümlədən Hörmüz böhranı bunu açıq şəkildə göstərir ki, neftin qiyməti xeyli dərəcədə iqtisadi faktorlardan daha çox, geosiyasi faktorlardan asılı olacaq və geosiyasi faktorların təsiri azalanda neftin qiyməti aşağı düşəcək, artanda isə neftin qiyməti artacaq.

Elşad Paşasoy,
Musavat.com

Избранный
29
50
musavat.com

10Источники