RU

Batumidə Novruz bayramı: Azərbaycanın mədəniyyət və kulinariya nümunələri nümayiş etdirilib

ain.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 24 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə martın 23-də Gürcüstanın Batumi şəhərində mədəni tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndəlıri, azərbaycanlı iş adamları, tələbələr, xarici qonaqlar iştirak ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva milli musiqi nümunələri, xalq və bəstəkar mahnıları ifa edib.

Baş konsulluğun nəzdində fəaliyyət göstərən "Bazar günü" məktəbinin yetirmələri maraqlı kompozisiyalar təqdim ediblər.

Tədbir iştirakçılarına ölkəmizin musiqi və kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradılıb. Qonaqlara zəngin Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
2
azertag.az

3Источники