RU

“Oğru dünyası”nı qarışdıran adam: “Yaponçik” və Ded Xasanın öldürüldüyü qalmaqalı o başladıb

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Prime Crime Xəbər Agentliyinin əldə etdiyi məlumata görə, cinayətkar dairələrdə “Qaley” kimi tanınan 51 yaşlı “qanuni oğru” Dmitri Qaleyev Polşadan deportasiya edilib.

“Cebheinfo.az” xəbər verir ki, Qaleyev 1998-ci ildə “tacqoyma” mərasiminə qatılıb və Belarusun ən yüksək statuslu “qanuni oğru”sudur.

Qeyd edək ki, “Yaponçik” və Ded Xasanın öldürüldüyü “oğru klanları” arasındakı qlobal münaqişə Moskvada Xusan Ziyamuxamedovun qızının toyunda Qaleyev və “Piçuqa” arasında baş verən dava ilə başlayıb. Qaleyevin, eləcə də o dövrdə onu dəstəkləyən Taro və Merabın “qanuni oğru” statusu hazırda sual altındadır.

Mənbələrin məlumatına görə, hazırda Moqilyovda yaşayan Qaleyev qalmaqaldan sonra Polşaya gedib və orada böyük bir oğru dəstəsi yerləşdirib. Lakin şəxsiyyəti müəyyən edildikdən sonra Qaleyev Polşadan geri qaytarılıb.

Onun Şengen zonasına girişi artıq 10 il müddətinə qadağan edilib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
14
cebheinfo.az

10Источники