RU

Rusiyada sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanun qəbul edilib

Rusiya Dövlət Duması sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanun qəbul edib.

APA-nın Moskva bürosu xəbər verir ki, qanuna görə, sovet xalqının soyqırımı qurbanlarının dəfn yerlərinin, habelə Rusiya ərazisində və ya onun hüdudlarından kənarda abidələrin və digər memorial tikililərin dağıdılmasına, zədələnməsinə və ya təhqir olunmasına görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qanunda sovet xalqının soyqırımı faktının inkarına və ya təsdiqinə və onun qurbanlarının xatirəsini təhqir etməyə görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə məsuliyyəti müəyyən edilib.

Избранный
19
1
apa.az

2Источники