RU

Əmək münasibətlərində yeni TƏLƏB Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

İş yerlərində peşəkarlıqla yanaşı psixoloji atmosfer də çox önəmlidir.Yəni neqativ atmosfer yaradan əməkdaşlar həm işin gedişatına, həm də qarşılıqlı münasibətlərə mənfi təsir edir.Müasir anlayışla “toksik” (zəhərli ing.) adlandırılan bu insanlara qarşı müxtəlif tədbirlər görülür, daxili qruplaşmalar yaradılır...  Amma Rusiya məsələni kökündən həll etmək istəyir: toksik xarakterli insanların  işdən qovulması təklif edilir. Məsələyə hələ ki rəsmi müstəvidə baxılır. Amma elə müzakirə ərəfəsində geniş ictimai debat yaradıb.“Pis xarakter”, və ya “toksik davranış” kimi anlayışların rəsmi əsas kimi istifadə olunması nə dərəcədə əsaslıdır? Bu yanaşma işçi hüquqlarının pozulmasına səbəb ola bilərmi? Mütəxəssislər bildirirlər ki,  əgər səbəb qeyri-müəyyəndirsə toksik xarakter sübut kimi götürülə bilməz. Bu halda işçi işdən çıxarılmanın qanunsuz sayılmasını, işə bərpa olunmağı, üstəlik kompensasiyasını tələb edə bilər.Belə bir praktika Azərbaycanda necə qarşılanar?

Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bununla bağlı Bizim.Media-ya bildirdi ki, əslində Azərbaycanın Əmək Məcəlləsi dolayı yolla bunu tənzimləyir.Bununla bağlı hər hansı yeni qayda dəyişdirməyə ehtiyac yoxdur. Amma sırf insanın şəxsi xasiyyətini də əsas götürmək düzgün deyil:

“İş yerində, kollektivdə münasibətləri korlayan və ya buna səbəb olan, tez-tez dava salmaqla iş ahəngini pozan işçilərə qarşı işəlgötürən inzibati tənbeh tədbirləri görmək hüququna malikdir. Amma o da var ki, pis xarakteri olan, amma işini yerinə yetirən işçi qalmaqallardan uzaq durursa, başqa sözlə heç kəslə işi yoxdursa, niyə qovulmalıdır?”

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 11-ci maddəsinə görə, işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ var.

Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
3
bizim.media

4Источники