RU

Livan İran səfirini arzuolunmaz şəxs elan etdi

Livan Xarici İşlər Nazirliyi (XİN) İran səfiri Məhəmməd Rza Şeybanini arzuolunmaz şəxs elan edib.

News365.az xəbər verir ki, bu barədə Livan XİN-in yaydığı bəyanatda bildirilib.

"Livan dövləti İran səfiri Məhəmməd Rza Şeybaninin namizədliyini təsdiqləməyi geri götürür və onu arzuolunmaz şəxs elan edir", - deyə bəyanatda qeyd olunub.

Məlumata görə, iranlı diplomat Beyrutdan martın 29-dan gec olmayaraq ayrılmalıdır.

Избранный
24
1
news365.az

2Источники