RU

Türk əsgəri İranla sərhəd yaxınlığında həlak olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 24 mart, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi çavuş Yusuf Açayın ölkənin şərqində həlak olması ilə bağlı məlumat yayıb.

AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbçi martın 24-də İranla həmsərhəd olan Ağrı vilayətinin Doğubeyazıt rayonunda hərbi maşının iştirakı ilə baş verən yol qəzasında həlak olub.

Milli Müdafiə naziri Yaşar Gülər Açayın ailəsinə və yaxınlarına, eləcə də bütün Türkiyə xalqına başsağlığı verib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
5
azertag.az

6Источники