RU

“SpaceX” orbitdə quracağı data mərkəzlərinin təsvirini yayıb (FOTO)

Bakı. Trend:

“SpaceX” orbitdəki data mərkəzlərinin necə görünəcəyini ilk dəfənümayiş etdirib. Şirkətin rəhbəri, Amerikalı milyarder İlon Maskşirkətin data mərkəzləri kimi fəaliyyət göstərəcək orbital peykşəbəkəsi yaratmaq planları ilə bağlı yeni texniki detallarıaçıqlayıb.

Trend bu barədə“Naked Science” nəşrinə istinadən xəbər verir.

Texas ştatının Ostin şəhərində keçirilən tədbirdə çıxış edənMask bildirib ki, təşəbbüs onun rəhbərlik etdiyi avtomobilistehsalçısı “Tesla” və süni intellekt sahəsində fəaliyyət göstərən“xAI” şirkəti ilə birgə həyata keçirilir. Layihə həm yerüstü, həmdə kosmik məqsədlər üçün zəruri olan yüksək məhsuldarlıqlı kompüterçiplərinin istehsalını kəskin şəkildə artırmağa yönəlib.

Təqdimat zamanı Mask “AI Sat Mini” adlı peyk konseptini nümayişetdirib və qeyd edib ki, bu aparat gələcək sistemin ilk elementiolacaq. Onun sözlərinə görə, hər bir belə peyk bort hesablamasistemlərinin işləməsi üçün təxminən 100 kilovat güc təmin edəbiləcək.

Peykin konstruksiyasının əsas hissəsini nəhəng günəş panelləritəşkil edir. Maskın təqdim etdiyi və real miqyasda hazırlanmışillüstrasiyaya əsasən, aparat hündürlüyü 124 metr olan Starship V3versiyalı kosmik gəmidən ölçülərinə görə xeyli böyükdür. Eynimiqyasda müqayisə aparıldıqda peykin uzunluğu 170 metri ötür.Bundan əlavə, aparat istiliyin kənarlaşdırılması üçün təxminən 100kvadratmetr sahəsi olan iri radiatorla təchiz edilib.

“SpaceX”
Məqalədə:
Избранный
77
az.trend.az

1Источники