RU

Tovuzda avtomobil AŞDI -Sürücü həyatını itirdi

Tovuzda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Tovuz rayonu Qovlar şəhər sakini, 1990-cı il təvəllüdlü R. Həsənov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov,Bizim.Media, Qərb bürosu

Избранный
27
1
bizim.media

2Источники