RU

İran Türkiyəyə qaz ixracını DAYANDIRDI - SƏBƏB

İsrailin "Cənub Pars" qaz yatağına endirdiyi zərbədən sonra İran Türkiyəyə təbii qaz ixracını dayandırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mövzu ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Hesabata əsasən, ötən il Türkiyə istehlak etdiyi qazın təxminən 14%-ni İrandan idxal edib.

Hazırda Ankara Rusiya və Azərbaycandan qaz almağa davam edir, eyni zamanda mövcud qaz anbarlarından istifadə imkanına malikdir.

"Bloomberg" qeyd edir ki, İrandan tədarükün dayandırılmasının nə qədər davam edəcəyi hələlik məlum deyil. Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Musavat.com

Избранный
32
2
musavat.com

3Источники