RU

Avropa Komissiyasının rəhbəri: Aİ Hörmüz boğazına yalnız münaqişədən sonra gəmilər göndərə bilər

Avropa İttifaqı Hörmüz boğazına gəmilərini yalnız ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başa çatdıqdan sonra göndərməyi nəzərdən keçirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ liderləri açıq şəkildə bəyan ediblər ki, yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra bölgədə mümkün əməliyyat və ya missiyanın həyata keçirilməsi müzakirə edilə bilər.

Lyayen, həmçinin qeyd edib ki, enerji təchizatı ilə bağlı vəziyyət artıq qlobal müttəfiqlər üçün kritik həddə çatıb. O vurğulayıb ki, bunun təsirləri qaz və neft qiymətlərinin artması ilə həm biznesə, həm də cəmiyyətə təsir edir və problemin diplomatik yollarla həlli vacibdir.

Избранный
16
7
yeniazerbaycan.com

8Источники