RU

Müştəri kimi taksiyə minən şəxs sürücüyə zor tətbiq edərək mobil telefonunu ələ keçirib

Müştəri
Abşeron rayonunda avtomobildə müştəri kimi əyləşərək sürücüyə zor tətbiq edib 600 manat dəyərində mobil telefonunun ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
22
17
1news.az

9Источники