RU

İsrail Livanda yanacaqdoldurma məntəqələrini vurdu

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail ordusu Livan ərazisində yanacaqdoldurma məntəqələrinə zərbələr endirib.

Azar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində ölkə ordusu Livanın müxtəlif bölgələrində yerləşən və Hizbullahla əlaqəli olduğu iddia edilən “Əl-Amana” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrinə hücumlar həyata keçirib.

İsrail ordusu bəyan edib ki, Hizbullaha qarşı əməliyyatlar davam edəcək və ölkə vətəndaşlarının təhlükəsizliyinə təhdidlərin qarşısı alınacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
2
axar.az

3Источники