İsrailin siyasəti beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ankarada parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, günahsız insanların ölümü qətldir və bunun arxasında duranlar bəşəriyyət qarşısında məsuliyyət daşıyır:
“İsrail qəzəblə korlaşmış, həyatları məhv edən bir mexanizmə çevrilib. Əsl rejim dəyişikliyi məhz İsraildə baş verməlidir və bu, ABŞ prezidentinin gündəliyində əsas yer tutmalıdır. İsrailin ABŞ-ın idarəetmə və qərar qəbuletmə strukturlarına təsiri böyük təhlükədir və Amerika xalqına qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Türkiyə Yaxın Şərqdə münaqişənin dayandırılması üçün diplomatik səylərini davam etdirir. Xarici işlər naziri Hakan Fidanın bu istiqamətdə fəal fəaliyyət göstərir”.