RU

Tərtərdəki yol qəzasında 2 nəfər öldü

Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. İki nəfər - Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
20
20
hafta.az

10Источники