RU

Tərtərdə iki qardaş avtoqəzanın qurbanı oldu

Tərtər rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az-ın xəbərinə görə, qəza hadisəsi rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində iki qardaş - 1958-ci il təvəllüdlü Nəsrəddin Ağayev və 1971-ci il təvəllüdlü Yunus Ağayev həyatını itiriblər.

Qəzada 1991-ci il təvəllüdlü Sənan Ağayev və Könül Aslanova da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər xəstəxanasına çatdırılıblar.

Избранный
19
6
publika.az

3Источники