RU

Zərdabda maşın kanala aşıb, 2 nəfər ölüb

Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.

Sitat.info xəbərinə görə, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.

İlkin məlumata görə, 2 nəfər ölüb. Hadisə nəticəsində 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıblar.

Fakt araşdırılır.

Избранный
27
5
sitat.info

10Источники