RU

İran regionda yeni ittifaq qurur

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizliyi təmin etmək üçün dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə açıqlama verib.

"ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı gəlib çatıb", - deyə Baş Qərargahın verdiyi açıqlamada bildirib.

İran ordusunun məlumatına görə, regiondakı ölkələr təhlükəsizliyini təmin etmək üçün minlərlə kilometr uzaqlıqda yerləşən bir dövlətə heç vaxt ehtiyac duymayacaqlar.

Qeyd olunub ki, İran regiondakı ölkələrin İsrailin təhlükəsizliyini və maraqlarını hər şeydən üstün tutan bir dövlətə ehtiyac duymadığına və regional dövlətlərin yalnız torpaqlarında saxlanılan sərvəti gördüyünə inanır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
oxu.az

3Источники