RU

Millimiz Litvaya qarşı

19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan yığmamız Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Raudondvario” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Qarşılaşmanı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Litva (U-19) – Azərbaycan (U-19)
Hakimlər: YON ORLİÇ, Anatolie Basiul (hər ikisi Moldova), Semen Şlonçak, Viktor Kopiyevski (hər ikisi Ukrayna)
24 mart. Kaunas, “Raudondvario” stadionu. Saat 20.00.

Избранный
5
4
football-plus.az

10Источники