RU

Dünyada ilk Polis robotu həbs etdi

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Çinin Makao şəhərində qeyri adi bir hadisə baş verib: “Unitree G1” model humanoid robot yaşlı bir qadını qorxutduğu üçün polis tərəfindən həbs olunub.

Bakupost.az NDTV-yə istinadən xəbər verir ki, hadisə sosial mediada geniş yayılan video ilə gündəmə gəlib və robotun “polis tərəfindən saxlanması” kimi təsvir olunub.

Hadisə Makao Patane rayonunda yerləşən Lok Yeung Fa Yuen yaşayış kompleksinin yaxınlığında baş verib. 70 yaşlı qadın küçədə gəzərkən telefona baxdığı vaxt robotun arxasında dayandığını görüb və panikaya düşərək ona qışqırmağa başlayıb. Videolarda qadının “Az qaldı ürəyimi düşsün. Nə işin var bununla?” kimi ifadələr səsləndirdiyi görünür.

Hadisə yerinə çağırılan polis əməkdaşları robotu oradan götürərək nəzarət altına alıblar. Robotla fiziki təmas olmasa da, qadını qorxutması səbəbindən qısa müayinədən keçmək üçün yoxlanışa aparılıb və sonra sərbəst buraxılıb. Yaxınlıqdakı bir təhsil mərkəzinə aid olduğu müəyyən edilən robot 50 yaşlarında olan operatoruna qaytarılıb. Polis operatora robotu ictimai yerlərdə daha diqqətli istifadə etməsi barədə xəbərdarlıq edib.

Məsələ sosial mediada “robotun polis tərəfindən “saxlanması”” kimi təsvir edilməklə çoxsaylı müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu hadisəni robot texnologiyalarının ictimai sahələrdə daha geniş yayılması ilə bağlı təhlükəsizlik qaydalarının yenidən nəzərdən keçirilməli olmasının siqnalı kimi qiymətləndiriblər.

Hadisə robotlarla insanların qarşılıqlı əlaqəsi, təhlükəsizlik və etik qaydaların müəyyənləşdirilməsi kimi texnologiya və ictimaiyyət arasında müzakirələri yenidən gündəmə gətirib.

Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
www.bakupost.az

1Источники