RU

“Həmin qəzadan sonra bilmədiyim cəhətlərim üzə çıxdı” - Mehriban Zəki

"İçimdə heç kimin tanımadığı bir Mehriban var. Onu heç kəs tanımayacaq. Mehribanı zahirən soyuqqanlı, sərt, çərçivəli, zarafatlaşmağı sevməyən biri kimi tanıyırlar, əslində isə elə deyil".

Bu sözləri Xalq artisti Mehriban Zəki "Mədəni şou"da deyib.

O, daxili dünyası ilə bağlı maraqlı etiraflar edib:

"Mən heç özüm özümü yaxşı tanımıram. O tanımadığım cəhətlər bəzən özümə ekstremal vəziyyətlərdə açılır. Onu kəşf edirəm, hörmət edirəm. Çünki çox qeyri-adi bir qadındır. Sirli, möcüzəli, zarafatcıl biridir. Üç il əvvəl keçirdiyim həmin qəzadan sonra bilmədiyim cəhətlərim üzə çıxdı. Sən demə, çox dözümlü, səbrliyəm və ağrımı göstərməyi sevmirəm".

Qeyd edək ki, Mehriban Zəki 22 mart 2023-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva yüngül bədən xəsarətləri alıb. (Axşam.az)

Избранный
25
9
musavat.com

10Источники